Bizi ?midsiz qoyma
Шрифт:
–O vaxt h?m imkan olmad?, h?m d? sorusmag?n yeri deyildi. – Mayor Orduxanov dill?ndi. – S?n bird?n-bir? n? fikirl?sdin ki, bel? h?r?k?t etdin?
–Komandir, siz s?h?r-s?h?r d? m?ni doyus? aparmam?sd?n?z, odur ki, ozum? yer tapa bilmirdim. Indi d? s?ng?rin bes add?ml?g?nda “dur” komandas? verdiniz. Disim bag?rsag?m? k?sirdi. ?vv?lc? avtomat? goturub yer? dusdum. S?ng?rin lap yax?nl?g?nda oldugumuzu gordukd? ozumu saxlaya bilm?dim. M?n? el? g?ldi ki, s?ng?rd? bir erm?ni ?sg?ri gizl?nir. Indic? o, qalx?b qumbaraatanla tank?m?z? vuracaq. Onun ustun? qacd?m. H?m d? qacd?m ki, erm?nini m?hv edib movqey? sahib c?x?m. Dusundum ki, bizim q?l?b?miz m?nim s?ng?r? girm?yimd?n as?l?d?r. Odur ki, hec hara baxmadan, hec n? esitm?d?n qacd?m. Hec sizin cag?r?s?n?z? da esitm?misdim.
–Ola bil?r! – Mayor Orduxanov t??ssufl? bildirdi v? siqaretind?n dalbadal bir nec? qullab vurub p?nc?r?d?n col? atd?.
–Komandir, bizimkil?r indi hardad?r? – Q?sa fasil?d?n sonra Umud sorusdu.
–Umud, s?n oralar? tan?mazsan.
–Coxmu qabaga getmisiniz? K?nd varm? orda?
–T??ssuf ki, bizim qism?timiz? k?ndd? doyusm?k, k?nd azad el?m?k dusm?di. Asag? Veys?lli k?ndini azad ed?c?ydik ki, “at?sk?s” oldu.
–Daha doyus getmir? Hec gull? d? atm?rlar?
–Yox, Umud, yox. Indi erm?nil?r oz s?ng?rl?rind? oturub biz? bax?rlar, biz d? oturub onlara…
–Gozl?yirik ki, gor?k basbil?nl?r o qanmazlar? n? vaxt basa sal?b muharib?ni bitir?c?kl?r. – Bunu Isg?nd?r ?lav? etdi.
N?d?ns?, sohb?tin bel? al?nmas? hec birinin ur?yinc? olmad?. Diqq?tl?rini kirimisc? durub yolu n?z?rd?n kecirm?y? yon?ltdil?r.
…Dasburun dordyolundan saga dondul?r. Buralar Umuda tan?s g?ldi. Tanklar? t?mir ed?n s?yyar d?st? Dasburunda yerl?sdiyind?n Umud bir d?f? tank?n? bura g?tirmisdi. Qars?da rayonun alaqap?s? idi. Onlar qala divarlar?na b?nz?r ala qap?n? gerid? qoyanda Umudun h?y?can? bir az da artd?. Sanki, o, yenid?n doyus? yollan?rd?. Mayor Orduxanov onun h?y?can?n? hiss edir, m?nzil bas?na tez catmaq ucun mas?n?n sur?tini art?r?rd?. O, ist?yirdi ki, Umudu h?rbi hiss?nin q?rargah?na daha tez catd?rs?n. Ona gost?rsin ki, doyuscu dostlar?, briqadan?n dig?r doyuscul?ri onun sag-salamat qay?tmas?n? nec? s?birsizlikl? gozl?yirl?r. H?l? k?nd camaat?…
–Komandir, deyirsiniz y?ni, tam at?sk?sdir? – Umudun fikrin? n? g?ldis?, bird?n sorusdu.
–El?di, Umud. – Mayor q?sa cavab verdi.
–Y?ni, snayperl? d? erm?ni vurmaq olmaz? – Umud bu d?f? astadan dedi, el? bil komandirinin qulag?na n? is? p?c?lday?rd?.
–N?di, Umud, qisas almaq istiyirs?n? – Isg?nd?r bunu esitc?k mudaxil? etdi.
–Umudun qisas? coxdan al?n?b! – Mayor Orduxanov Umuda agz?n? acmaga imkan verm?di.
Dumag r?ngli “Niva” Dasburun – Beyl?qan sossesind?n uzu Allahyarl?ya t?r?f yon alanda onlar?n arxas?nca daha bir nec? mas?n qosularaq karvan yaratd?. B?z?dilmis v? h?r birind? bayraq qald?r?lm?s mas?nlar? gor?nd? Umudun ur?yi daga dondu. Onlar?n arxas?nca g?l?n kolxoz s?dri Rasimin xidm?ti mas?n? UAZ-? Kamandar sururdu. Els?n, Nabil, M?rk?z, Q?s?m v? Seyfulla is? oz s?xsi mas?nlar?n? sur?r?k siqnal verir, bununla da karvan? ?z?m?tli edirdil?r.
Komendant boluyunun komandiri Valeh siqnal s?sini esitc?k qacaraq n?zar?t-burax?l?s postuna g?ldi. Slaqbaumu qald?raraq g?l?nl?ri h?rbi qaydada salamlad?. Postda novb?d? duran uc ?sg?r is? onun sol t?r?find? faragat v?ziyy?tind? durdular, karvan? onlar da bax?slar? il? musaiy?t etdil?r.
N?hay?t, mas?n karvan? k?ndin gir?c?yin? cat?b sola buruldu. Burada yol boyu k?nd camaat? v? m?kt?blil?r duzulmusdu. Mas?n karvan? asag? sur?tl? onlar?n qabag?ndan kecib kolxozun inzibati binas?nda yerl?s?n q?rargah?n qars?s?na g?ldi. Burada onlar? musiqi s?dalar? alt?nda qars?lay?rd?lar.
–Umud, bax, gor s?ni kiml?r qars?lay?r! Briqada komandiri polkovnik Cahangir ?liyev, kolxoz s?dri Rasim, k?nd icra numay?nd?si ?rsad, q?rargah r?isi, muavinl?r, xidm?t r?isl?ri. Gorurs?n d?, boyukl?r, v?zif?li s?xsl?r s?nin pisvaz?na c?x?b.
Onlara yax?nlasanda mayor Orduxanov mas?n? saxlay?b yer? dusdu. Geyimini sahmanlay?b komandir? yax?nlasd? v? h?rbi salam verib m?ruz? el?di.
Umud mas?nda oturub h?y?candan bilmirdi neyl?sin! Onu az qala q?hr?man kimi qars?lay?rd?lar, b?lk? el?, dogrudan da q?hr?man ulduzu veribl?r. Indi Umud bunun f?rqind? deyildi. Q?rargah?n qabag?nda toplasan mulki adamlar?n aras?nda yax?nlar?n?, dogmalar?n? axtar?rd?. O, cox goz g?zdirs? d? hec kimi gorm?di. “Gor?s?n, bizimkil?r? niy? x?b?r el?m?yibl?r?” dey? dusundu.
H?rbi hiss? komandirinin musavir? otag?nda ziyaf?t sufr?si t?skil olunmusdu. Umudu komendant boluyunun iki cuss?li ?sg?ri mas?ndan goturub ic?ri apard?lar. Yuxar? basa kecirib masan?n bas t?r?find?, komandirin stulunun yan?ndak? stulda ?yl?sdirdil?r. Ziyaf?t cox goz?l kecdi, yedil?r, icdil?r, ol?nl?ri yad el?dil?r, qalanlar?n da s?r?fin? xos sozl?r deyib, sagl?g?na bad? qald?rd?lar. At?sk?sd?n sonra ilk d?f?ydi ki, komandir bu q?d?r doyuscu-zabit hey?tini sufr? ?traf?na toplam?sd?.
Umud ziyaf?ti onunla vida m?rasimi kimi z?nn etdiyind?n azca m?yus da oldu. Ziyaf?td?n d?rhal sonra komandir kapitan Huseynova Umudun s?n?dl?rini haz?rlamaq taps?r?g?n? verdi. Umud bu uzundraz kapitan? tan?y?rd?, ad? Zakir idi, ozu d? s?f?rb?rlik-t?skilatc?l?q isl?rin? bax?rd?. Onlar Agdam c?bh?sind?n Haram? c?bh?sin? doyus? g?l?nd? d? kapitan Zakir Huseynov qars?lam?sd?, m?lumatlar?n? is d?ft?rin? qeyd el?misdi.
Zabitl?r, xusus?n d? tan?d?qlar? bir-bir Umuda yax?nlas?r, gorusur, hal-?hval tuturdular. Dar?xmas?n, ozunu yad hiss el?m?sin dey? kohn? doyuscu il? sirin-sirin sohb?tl?r edirdil?r. Yusif h?kim d? onlar?n aras?ndayd?. Ciynind? dord parlaq ulduz olan Yusif h?kim ?sl?n Neftcala rayonundan idi, Umudla xeyli vaxt vard? ki, bir-birl?rini tan?y?rd?lar. Dem?k olar ki, h?myerli kimi d? isinismis, dostlasm?sd?lar.
–Yusif h?kim, indi hardas?n?z? – Umud maraqland?.
–X?b?rin olsun, m?nim v?zif?mi boyudubl?r. Birl?sm? hospital?n?n r?isiy?m, bir ay olar ki, is? baslam?sam. S?nin g?l?c?yin x?b?rini esidib cox sevindim. G?ldim gorusm?y?.
–N? goz?l, n? yaxs?! – Umud sevincini gizl?tm?di.
–Yaxs? gunun olsun! Ged?k, bir mudd?t d? bizim qonag?m?z ol. Hospitalda h?r cur s?raitimiz var. On-on bes gun qal?b istirah?t ed?rs?n, sonra yola salar?q, ged?rs?n ev?. – Yusif h?kim t?klif etdi.
–Yox, Yusif h?kim! Bils?n ki, anamcun nec? dar?xm?sam, bel? dem?zs?n. Ev? getm?k ist?yir?m. – Umud bas?n? bulad?.
–Ev h?mis? yerind?di, anan da qacm?r ki! Ist?diyin vaxt gedib gor?c?ks?n. Amma bizim hospital sans?n bir d? ?l? dusm?y?c?k. S?n c?x?b ged?c?ks?n, olacaqsan mulku adam. M?n d? mulku adam? hospitala q?bul ed? bilm?y?c?y?m.
–Sag ol, ?ziz ol. El? bilir?m ki, bes-alt? gun d? sizin hospitalda dinc?lmis?m. – Umud raz?l?g?n? bildirdi.
–Agl?n o taydak? hospitala getm?sin, bas?bagl?lar?n ham?s?n?n sif?tind?n z?hrimar yag?r.
–El? dem?, onlar m?niml? d? mehriban davran?rd?lar.
–Bizd?ki kimi ola bilm?zl?r. Hec bilirs?n nec? sipsirin tibb bac?lar? var? Adam sif?tl?rin? baxanda feyziyab olur, dunyan?n d?rd-q?mini unudur. Qaymaq kimi, sokalad kimidil?r. Bolg?nin ?n yaras?ql? q?zlar? bizd? tibb bac?lar?d?r.